"Araz-Naxçıvan" son oyunda da uduzdu Yenilənib

Azərbaycanın futzal üzrə Çempionlar Liqasındakı təmsilçisi "Araz-Naxçıvan" bu gün turnirin əsas mərhələsində son oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 5-ci qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib. Oyun rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Çempionlar Liqası, əsas mərhələ, 3-cü tur

29 oktyabr

22:00. “Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan” - 3:2

Qollar: Aladzic, 3, 12, Saselli, 33 – Vitao, 23, Amenqual, 34

Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)

Mostar. Mithad Hujdur Hujka Arena





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right