“Sürprizə imkan verməməliyik”

Sabah futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq “Araz Naxçıvan” bu gün matçın keçiriləcəyi arenada öyunöncəsi son məşqini keçirib.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz ilk matçda İsveç çempionu “Orebro” ilə qarşılaşacaq.

“Araz Naxçıvan”ın üzvü David Qustavo federasiyanın rəsmi saytı üçün komandanın hazırlığını və rəqibi dəyərləndirib:

“UEFA Çempionlar Liqasının oyunları bizim üçün yaxşı bir yarış olacaq. Fərqli ölkələrin təmsilçiləri, fərqli taktika və oyun üslubu, fərqli futzalçılarla qarşılaşacağıq. Hər birinin özünəməxsus tərəfi var. Biz də güclü kollektivik, qarşımıza məqsəd qoyulub və ilk matçdan həmin məqsədə çatmaq üçün mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıya istədiyimiz nəticə ilə dönəcəyik. Komanda yoldaşlarım məsuliyyətini anlayır, hamımız bir yumruq kimi birləşmişik.

“Orebro” ilə görüş çox əhəmiyyətlidir. Bu cür turnirlərdə birinci matçlar hər zaman çətin keçir. Ehtiyatlı olmalı, heç bir sürprizə imkan verməməliyik. Qələbə komandada özünəinamı artırmaq, Çempionlar Liqasının ab-havasını hiss etmək, növbəti oyunlara motivasiya olmaq baxımından vacibdir. Güclü oyunçularımız, yaxşı komandamız var. Baş məşqçi Alesio da meydanda nə etməli olduğumuzu bütün incəliklərinə qədər anladıb. O deyib ki, özünüzə, gücünüzə inanın. İnamınız varsa, məqsədə də nail olacaqsınız. Necə oynamalı olduğumuzu, meydanda hansı işləri görəcəyimizi anladıb. Qalıb onları icra etmək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right