"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” sabah səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək.

Newsport.az Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesio Da Silva ÇL oyunlarına 13 futzalçı ilə yollanacaq.

Felipinyo cəzalı olduğuna görə bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.

Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov

Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right