Yüksək Liqada IV tur həyəcanı

Bu gün futzal üzrə Yüksək Liqada IV turun oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, “Olimpik Star”da baş tutacaq turun bir görüşü təxirə salınıb.

Belə ki, UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz Naxçıvan” turnirə hazırlıq çərçivəsində Qazaxıstanın “Kayrat” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu üzdən ölkə çempionun IV turda “Neftçi” İK ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb. 

Mərkəzi oyunda “Record” – “Baku Fire” üz-üzə gələcək. Daha bir oyun isə “Alyans”la U-19 arasında baş tutacaq.

Yüksək Liqa
IV tur
20 oktyabr

Record – Baku Fire
Olimpik Star. Saat 16:00.

Alyans (Lənkəran) – U-19
Olimpik Star. Saat 18:00





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right