Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı oyunlarının başlama saatları açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda yer alan “Araz-Naxçıvan”ın oyunlarının başlama saatı açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından Newsport.az-a verilən məlumata görə, təmsilçimiz ilk iki oyununu 19:30-da, son matçını isə 22:00-da keçirəcək.

Eyni zamanda, ilk iki oyunu idarə edəcək hakimlər də müəyyənləşib.

Qeyd edək ki, bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

Çempionlar Liqası

“Araz-Naxçıvan” – “Orebro” (İsveç)

26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

“Loznika Qrad” (Serbiya) – “Araz-Naxçıvan”

27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30

Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”

29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right