“Azərbaycan millisi bizimlə eyni səviyyədədir” – Tomas Heberli

Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında qrupdakı rəqiblərindən olan Azərbaycan yığmasından da söz açıb.

“Azərbaycan millisi bizimlə eyni səviyyədə olan komandadır. Əsas odur ki, 4-cü səbətdən Türkiyə və Yunanıstanla düşmədik. Bu iki komandadan başqa, digərləri bizim üçün mükəmməl rəqib olardı”.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right