"Azərbaycan favoritlər siyahısındadır" - Polşa millisinin baş məşqçisi

"Rəqib favoritlər siyahısındadır. Gələn ilin martında dogma meydanda keçirəcəyimiz görüşdə isə biz favorit kimi meydana çıxacağıq”.

 

Newsport.az-ın məlumatına görə, bunu futzal üzrə Polşa milli komandasının baş məşqçisi Blajey Korçinski Bakıda Azərbaycan yığmasına 3:4 hesabı ilə uduzduqları dünya çemionatının əsas seçmə mərhələ oyunundan sonra deyib.

 

44 yaşlı polşalı mütəxəssis matçın çətin alındığını bildirib: "Formalaşmış komandaya qarşı çıxış etdik. 5-6 futzalçımız zədəli olduğuna görə, Bakıya gətirə bilmədik. Oyun başa çatıb və bu görüşü unutmalıyıq. Azərbaycanla Polşada da oyunumuz var". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right