Azərbaycan millisinin baş məşqçisi: "Polşa üç qol vurmadı, biz üç qol buraxdıq"

Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio da Silva Polşa millisi üzərindəki 4:3 hesablı qələbədən sonra "CBC Sport"a açıqlama verib. 

Newsport.az-ın məlumatına görə, braziliyalı mütəxəssis millinin çətin qələbəsini belə şərh edib:

"Planlaşdırdıqlarımızı həyata keçirə bildik. Sadəcə olaraq, 3:1-dən sonra konsentrasiyanı itirdik və iki qol buraxdıq. Polşa üç qol vurmadı, biz üç qol buraxdıq. Səhvlərimizin ucbatından qapımızda qollar gördük. Amma istənilən halda, qalib gəlməyi bacardıq. Futbolçularımı təbrik edirəm. Bu gün çox güclü komandaya qarşı oynadıq. Vacib üç xal qazandıq".

Alesio millinin DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Yunanıstana qarşı keçirəcəyi oyundakı gözləntilərini də açıqlayıb: "Heç bir oyun asan deyil. Yunanıstana qarşı görüş də çətin olacaq. Daha yaxşı hazırlaşacağıq. Bugünkü oyunun davamını gətirmək lazımdı. Yunanıstanı məğlub edərək altı xalla qrupda ilk pillədə qərarlaşmaq istəyirik".

Xatırladaq ki, Azərbaycan millisi bu gün DÇ-2024-ün seçmə mərhələsinin ilk oyununda Poşşaya 4:3 qalib gəlib. Oktyabrın 11-də isə millimiz Afinada Yunanıstanla oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right