Milliyə daha 2 oyunçu cəlb olundu

Bakıda təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin heyətinə daha 2 futzalçı dəvət olunub.

Newsport.az-ın məlumatına görə, karyerasını Belçikanın “Beşiktaş Gent” klubunda davam etdirən Xətai Bağırov və İsa Atayev sabah komandanın hazırlığına qoşulacaq. Bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisi oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq. Bu matçdan 4 gün sonra komandamız Afinada Yunanıstan millisi ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right