Kateqoriya: Futzal | Tarix: 04.07.2022 13:30
UEFA Çempionlar Liqasının 2022/23 mövsümündə Azərbaycanı təmsil edəcək və mübarizəyə əsas mərhələdən start verəcək “Araz-Naxçıvan”ın rəqibləri iyulun 7-də məlum olacaq.
Newsport.az-ın məlumatına görə, B yolunda iştirak edəcək təmsilçimiz "Liqeni" (Kosovo), "Şkupi 1927" (Şimali Makedoniya) və "Citta di Eboli" (İtaliya) klubları ilə qarşılaşmayacaq.
Çünki bu komandalar öz qruplarının ikinci komandası olacaq. “Araz-Naxçıvan” da eyni mövqedə yer alacağından, onların yolu növbəti mərhələdə kəsişə bilər.