“Araz”da yeni qapıçı

Futzal üzrə Yüksək Liqanın lideri “Araz” (Naxçıvan) heyətini yeni qapıçı ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Joze Alesionun drujinası Dmitri Bondarevlə anlaşıb.

Rusiyalı qapıçı yeni komandasında mövsümün sonuna qədər iştirak edəcək. 1993-cü il təvəllüdlü Bondarev Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda çıxış edib. Rostov təmsilçisi çempionatda çıxışını dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı “Baku Fire” klubu ilə oyunda debüt edəcək.

Qeyd edək ki, “Araz”ın əsas qapıçısı Rövşən Hüseynli martda Rusiya Super Liqasında iştirak edən “Torpedo” klubuna transfer olunub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah