Kateqoriya: Futzal | Tarix: 13.02.2026 16:29
Çimərlik futbolu üzrə Avropa çempionatının B Divizionu Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.
Newsport.az xəbər verir ki, 15-19 iyul tarixlərində keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.
Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.