Kateqoriya: Futzal | Tarix: 22.01.2026 20:56
Azərbaycanın futzal millisi bu gün yoldaşlıq oyununa çıxıb.
Newsport.az xəbər verir ki, komanda Bakı İdman Sarayında Danimarka ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qolunu Nihat İsmayılov vurub.
Qeyd edək ki, sözügedən komandalar yanvarın 24-də də üz-üzə gələcəklər.