"Araz-Naxçıvan" Çempionlar Liqasında 1/8 final oyununa çıxır

"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Benfika"nı qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək.

Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right