"Araz-Naxçıvan" Lüksemburq klubu ilə üz-üzə

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq. Təmsilçimiz Lüksemburq çempionu “Differdanje 03” ilə üz-üzə gələcək.

Görüş Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. “Araz-Naxçıvan” əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın “Tigers Roermond” komandasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right