"Araz-Naxçıvan" Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk görüşünə çıxıb.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniyanın "Yunayted Qalati" klubu ilə qarşılaşıb. Matç təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right