“Neftçi”nin məşqçisinə 5 oyunluq cəza

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna 15-ci turda baş tutan “Neftçi” İK – “Baku Fire” matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right