Xorvatiya millisinin qapıçısı: "Ümid edirəm ki, Azərbaycanla matçda da eyni nəticəni göstərəcəyik"

Futzal üzrə Xorvatiya millisinin qapıçısı Ante Piplitsa bu gün Bakıda Azərbaycan yığması ilə AVRO-2026-nın seçmə mərhələsinin əsas mərhələsinin 5-ci qrupunun 6-cı turunun final oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Newsport.az xəbər verir ki, xorvatiyalı qolkiper millimizə qarşı keçiriləcək görüş haqda bu cür danışıb:

“Heç bir arxayınçılıq yoxdur. Təsnifat mərhələsini maksimum effektlə başa vurmaq istəyirik. Bu, lap əvvəldən məqsədimiz idi. Daha bir böyük turnirə vəsiqə qazanmaqla böyük uğur qazanmış olduq. Yunanıstanla oyunda tutduğumuz yanaşma məni qane etdi. Cəmi 3 dəqiqədən sonra 3:0 öndə idik. "Ümid edirəm ki, Azərbaycanla matçda da eyni nəticəni göstərəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right