Azərbaycan millisinin İsveç və Xorvatiya ilə oyunlarına təyinatlar açıqlanıb

Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsində aprelin 11-də səfərdə İsveç və bundan dörd gün sonra Bakıda Xorvatiya ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb.

Newsport.az Futzal Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.

AVRO-2026, əsas mərhələ

11 aprel

21:00. İsveç – Azərbaycan

Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (İngiltərə).

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).

Timekiper: Corc Jansizian (İsveç).

Helsinqborq Arena

15 aprel

20:00. Azərbaycan – Xorvatiya

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous (Kipr).

Hakim-inspektor: Gjergji Bitri (Malta).

Bakı İdman Sarayı





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right