Kateqoriya: Futzal | Tarix: 22.03.2025 19:00
Bu gün futzal üzrə Yüksək Liqada 13-cü tura start verilib.
Newsport.az xəbər verir ki, günün yeganə oyununda lider “Baku Fire” U-19-la qarşılaşıb.
Gənclər Avropa çempionatının əsas mərhələsi oyunları öncəsi əzmkarlıq göstərsə də, məğlubiyyətdən qurtula bilməyib. Matç liderin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər oyunları martın 27-də “Olimpik Star”da keçiriləcək.