Rövşən Hüseynli zədələndiyi üçün Azərbaycan millisinin heyətindən çıxarılıb

Təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.

Bu barədə Newsport.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla, 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right