Azərbaycan millisinin Xorvatiya ilə oyun üçün heyəti açıqlandı

Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bakıdakı hazırlıq mərhələsini başa vurub.

Newsport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə aparacağı yekun heyəti müəyyənləşdirib:

Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov (“Neftçi”), İlham Aalıyev (“Şuşa”).

Qeyd edək ki, millimiz bu gün Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right