Yüksək Liqada 7-ci tura start verilir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 7-ci tura start veriləcək.

Newsport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

“Gənclər” MOİK-lə, “Xilasedici” “Neftçi” ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 16:00-da start götürəcək. Görüşlər müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi və Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil ediləcək.

Tura yanvarın 23-də gerçəkləşəcək “Azərreyl” – “Murov Az Terminal” oyunu ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right