"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirib.

Newsport.az xəbər verir ki, təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gəlib. Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuza görüşdə yenilməmək kifayət edirdi.

Qarşılaşmada hesabı meydan sahibləri açıb. Fasiləyə qədər Caique status-kvonu bərpa edib. İkinci hissəyə də meydan sahibi komanda qolla başlayıb. Furublad dubl edib. 37-ci dəqiqədə Kənan Manafov yenidən hesaba tarazlıq gətirib. Sona 3 dəqiqə qalmış rəqib daha 2 dəfə fərqlənib. Amadeunun qolu isə təsəlli olub. Yekunda məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqası. İlkin mərhələ

“Uddevalla” - “Araz – Naxçıvan” (1:1)  4:3

Qollar: Furublad: 4:05, 23:05, Azizi, 37:51, Zhubi, 39:18 // Caique, 16:17, K. Manafov, 36:39, Amadeu, 39:58





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right