Kateqoriya: Futzal | Tarix: 10.05.2024 19:30
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Atırau" klubunu tərk edib.
Newsport.az-ın məlumatına görə, qolkiperin karyerasını harada davam etdirəcəyi isə hələ bəlli deyil.
O, bununla bağlı yekun qərar verməyib. Məlumata görə, Hüseynli Qazaxıstana geri qayıtmaq ehtimalına sahibdir. Belə ki, ona yüksək liqa klublarından təklif az deyil. Bununla yanaşı isə, İran yüksək liqa klublarından da Rövşənin xidmətində olan klublar var. Yaxın günlərdə millimizin qapıçısı yeni mövsümlə bağlı konkret qərarını açıqlayacaq.
Hüseynli son iki ili "Atırau"da keçirib. Bundan əvvəl isə “Araz-Naxçıvan” və “Neftçi” komandalarının qapısını qoruyub.