“Başakşəhər”dən Azərbaycan klubuna gəldi

“Sumqayıt”ın düşərgəsinə yeni futbolçu qoşulub.

Newsport.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi qvineyalı vinger Alya Tureni baxışa çağırıb. Bu gün düşərgəyə gələn 20 yaşlı futbolçu “Sabah”a qarşı yoxlama oyununda (2:1) meydanda olub.

Müqavilə ilə “Başakşəhər”ə məxsus olan irəli xətt oyunçusu ötən mövsümü Danimarka aşağı liqa təmsilçisi “Yammerbuqt”da keçirib. O, bu klubda 13 oyunda 1 qol vurub. Gənc vinger vaxtilə Qvineyanın U-17 millisinin də formasını geyinib.

"Sumqayıt"ın məşqçilər korpusu Turenin çıxışını bəyənsə, onunla müqavilə imzalanacaq.


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right