"Kəpəz"in yeni transferi: "Azərbaycana yeni gəlmişəm, çox komandanı tanımıram"

"Yüksək yerlər uğrunda mübarizə aparacağıq. Hər futbolçu yaxşı nəticə qazanmaq istəyir. Bu, həm futbolçular, həm də komanda üçün çox vacibdi. Çünki qələbə və yaxşı nəticə futbolçuları inkişaf etdirir. Yaxşı oyun nümayiş etdirərək, uğurlu nəticələr əldə etməyə çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "CBC Sport"a açıqlamasında "Kəpəz"in yeni transferi Georgi Kantariya deyib. 

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək Gəncə klubunun yeni transferlərindən olan 25 yaşlı müdafiəçi fikirlərinə bu cür davam edib: "Gürcüstan və Azərbaycan çempionatlarını müqayisə edə bilmərəm. Çünki yeni gəlmişəm Azərbaycana. Çox komandanı tanımıram. Burada nəyə qadir olduğunu göstərməlisən".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right