Elmar Baxşıyev: "Hücum xəttində bir az sıxıntımız var"

"Qəbələ" Türkiyənin Bolu şəhərində yeni mövsümün hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev "CBC Sport" kanalına verdiyi açıqlamada təlim-məşq toplanışını dəyərləndirib. 42 yaşlı mütəxəssis hücum xəttinə yeni oyunçu axtardıqlarını deyib:

"Düşünürəm ki, Feras Abu Akalın adaptasiya ilə bağlı çətinliyi olmayacaq. Kollektivimiz onu yaxşı qarşıladı. Futbolçular ona komandaya öz gücünü qatması üçün hər cür dəstəyi verəcək. Komanda ilk yoxlama oyununda da göstərdi ki, yükün altında oynamağa çalışır. İnanıram ki, Ferası əsas heyətdə görəndən, Omar Hani qayıdanda sonra daha da yaxşı olacağıq. 

Hücumameyilli futbolçu ilə güclənsək, yaxşı olar. Hücum xəttində bir az sıxıntımız var. İzlədiyimiz futbolçular var. Bəzən onların şərtləri bizi qane etmir, bəzilərini bəyənirik, bizim şərtləri qəbul etmirlər. Bu, normaldır. Axtarışlarımız davam edir." 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right