"Qəbələ"nin Türkiyədə 4-cü günü

2022-2023-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Boluda təşkil olunan təlim-məşq prosesinin dördüncü gününü başa vurub. 

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ilk yarısında trenajor zalında hazırlıq keçiblər. Axşam məşqini meydanda gerçəkləşdirən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. 

Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 19-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right