“Kəpəz” Gürcüstan çempionunu transfer etdi

“Kəpəz” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviya ilə bir illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu son olaraq “Qaqra” klubunun şərəfini qoruyub.

Mate vətənində “Dinamo” (Tbilisi) və “Torpedo” (Kutaisi) klubları ilə Gürcüstan çempionu olub. O, Gürcüstanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right