Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Bosniya və Herseqovinaya qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələ oyununun stadionu açıqlanıb.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək.
Oyunun başlama saatı hələlik məlum deyil.