"Qəbələ"nin yeni transferi komandaya qoşuldu

2022-2023-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” toplanışın üçüncü gününü bir məşqlə yekunlaşdırıb.

Bir gün öncə “Qaziantep”lə yoxlama oyunu (1:2) keçirən komandanın hazırlığı səhər saatlarında baş tutub. Bərpa xarakterli məşq iki qrupda keçib.

Futbolçuların bir hissəsi fitnes zalda məşq edib. Digər oyunçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. “Qəbələ”nin yeni transferi Feras Abu Akalda məşq prosesinə qoşulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right