"Arsenal"dan (Tula) ayrılan Ayaz Quliyevin yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bir müddət əvvəl "Axmat"a keçəcəyi gözlənilən yarımmüdafiəçi "Ximki" ilə anlaşıb.
26 yaşlı futbolçu ilə adıçəkilən klubla yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Xatırladaq ki, Quliyevin "Neftçi" ilə də adı hallanırdı.