"Qarabağ" legionerini yenidən icarəyə verir

"Qarabağ" futbolçusu Qaspar Panaderonu yenidən icarəyə verəcək.

Newsport.az məlumatına görə, "köhlən atlar" ispaniyalı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.

Baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, təlim-məşq toplanışı üçün Avstriyaya aparılmayan 25 yaşlı oyunçu hazırda Bakıda fərdi məşq edir.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirən Qaspar Panaderonun "Qarabağ"la 2024-cü ilin yayınadək müqaviləsi var. Ağdam təmsilçisinə 2021-ci ilin yayında transfer olunmuş yarımmüdafiəçi bu komanda ilə ötən mövsüm cəmi 4 oyunda meydana çıxıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah