“Qarabağ”ın Avstriyada yoxlama oyunları keçirəcəyi rəqibləri bəlli olub.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi iyunun 25-də Rumıniyanın "Botoşani" klubu ilə qarşılaşacaq.
Növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.