AFFA-nın təşkil etdiyi AFFA U-11 Liqasında 2021/2022-ci illər mövsümünə yekun vurulub.
Newsport.az xəbər verir ki, Liqanın final qarşılaşmasında “Vətən” komandasının 4:3 hesabı ilə məğlub edən “Qarabağ” mövsümün qalibi adını qazanıb.
Üçüncü yer uğrunda oyunda isə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəlib. Rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan “Sabah” bürünc medallara sahib olub.