U-21 yığmamız tsikli məğlubiyyətlə başa vurdu Yenilənib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, yığmamız Norveçin müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub. Drammen şəhərindəki “Marienlyst” stadionunda keçirilən matç yığmamızın 1:2 hesablı məğlubiyyətilə sona çatıb. Bu qələbə sayəsində Norveç 24 xalla qrupu birinci pillədə tamamlayaraq final mərhələsinə vəsiqə qazanıb. Millimiz isə 7 xalla 5-ci pilləni tutub.

Norveç U-21 - Azərbaycan U-21 2:1

Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65

Norveç U-21: Kristoffer Klaesson, Sebastyan Sebulonsen, Henrik Heggheym, Yesper Daland, Fredrik Oppegard, Tobias Kristensen, Kristian Arnstad, Yohan Hove, Emil Geyde, Yorgen Larsen, Erik Botheym (k)

Azərbaycan U-21: Əkpər Əliyev, Nihat Quliyev, Elvin Cəfərquliyev, Rauf Hüseynli (k), Zamiq Əliyev, Ədilxan Qarəhmədov, Şakir Seyidov, Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə, Abdula Xaybulayev, Musa Qurbanlı


Baş hakim: Luka Bilbiya
Baş hakimin köməkçiləri: Goran Dujak, Amer Maciç
Dördüncü hakim: Antoni Bandiç





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right