Şahruddin Canni de Byazinin qərarına qarşı çıxdı Qaraya belə dəstək oldu

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Qara Qarayevə dəstək nümayiş etdirib.

Newsport.az xəbər verir ki, hadisə Millətlər Liqasının Belarusa qarşı dünən keçirilən matçından əvvəl baş verib. Şahruddin Qara Qarayevin millidəki formasını geyinərək şəkil çəkdirib və bunu özünün İnstaqramdakı hesabının “hekayə” bölməsində paylaşıb.

İlk baxışda Şahruddinin bu addımı təəccüblü görünməyə bilər. Amma nəzərə alaq ki, Q.Qarayev Millətlər Liqasının bu mövsümkü 4 matçının hər birində millinin ehtiyat oyunçular skamyasında yer alıb. Bizdə olan məlumata görə, hazırda baş məşqçi Canni de Byazi Qara Qarayevi əsas heyətin oyunçusu kimi görmür. Bu səbəbdən də onu son 4 görüşün heç birində əsas heyətdə oynatmayıb.  Bununla belə, Qara Qarayev uzun illərdir Azərbaycan futbolunun lideri olan klubu “Qarabağ”ın əsas heyətininin aparıcı futbolçusu olaraq qalmaqdadır. 

Bu mənada, Şahruddinin Qaranın forması ilə indiki məqamda şəkil paylaşması onun həm milli, həm də klubdakı komanda yoldaşına dəstək jesti kimi qiymətləndirilə bilər. Şahruddin bununla həm də Qaranı millinin əsas oyunçusu kimi görməsinə işarə vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right