Millinin çempionluğuna görə Bakıda konsert təşkil olunacaq

Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək.

Newsport.az-ın xəbərinə görə, konsert iyunun 15-i saat 19:00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) olacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Mini futbol Federasiyası,  “Zirə” Peşəkar Futbol Klubudur.

Konsert proqramında rəsmi şəxslər və mini futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər. 
Xatırladaq ki, Slovakiyada keçirilmiş Avropa çempionatında mini futbol üzrə milli komandamız qalib gəlib. Millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right