Kvabena yenidən Türkiyə klubunda?

"Qarabağ"ın futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, "Sakaryaspor" 24 yaşlı hücumçu ilə maraqlanır.Türkiyə 1-ci liqasına yüksələn klubun qanalı oyunçuya təklif göndərdiyi bildirilib. "Sakaryaspor"un Kvabenanı icarəyə götürmək istədiyi vurğulanıb. Ancaq "Qarabağ"ın oyunçunu birdəfəlik sata biləcəyi iddia olunub.

Qeyd edək ki, O.Kvabena ötən mövsüm icarə əsasında "Ankaragücü"ndə oynayıb. O, dünən "Qarabağ"ın düşərgəsinə qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right