Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Millətlər Liqasında Belarusa qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, "CBC Sport" telekanalında danışan müdafiəçi bunları deyib:
“Ağır oyun alındı. Belarusla ilk matçımız da çətin keçmişdi. Meydana qələbə üçün çıxmışdıq. Fasilədə öz aramızda danışdıq və ikinci hissədə qollar vuraraq qalib gəldik. Hər bir azərbaycanlı futbolçu kimi mənim də əsas hədəfim millidə çıxış etmək idi. Arzumu reallaşdırdım. Buna görə Canni De Byaziyə təşəkkür edirəm”.