Canni De Byazi: “Bu gün hamımız birgə vuruşduq”

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turunda Bakıda Belarusun 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra yığmamızın baş məşqçisi Canni De Byazi matçdan sonra keçirilən mətubat konfransında jurnalistlərin suaallarını cavablandırıb:

- Nəhayət ki, qalib gəldik. Siz sevinirsiz? Mən sevinirəm. Daha çox futbolçular üçün. Onlar qələbəyə layiq idilər. 11 günə 4 oyuna çıxdıq, bu dəfə qələbə qazandıq. Qazaxıstanın qrup lideri olması sürpriz kimi görünür. Ancaq burada əsas məqam odur ki, hazırda Qazaxıstan çempionatı davam etməkdədi. Digər ölkələrdə isə sezon başa çatıb və bu da fiziki cəhətdən öz təsirini göstərir. Biz Qazaxıstana qarşı yaxşı futbol oynamışdıq. Sadəcə şanslardan yararlanmağı bacarmadıq. Belarusa qarşı oyun baxımından yaxşı idik, sonda da qələbə qazandıq. Bugünkü oyun üçün bəzi futbolçuları fasilədən sonraya saxlamışdıq. Aleksey İsayev və  Coşqun Diniyevi xüsusi qeyt etmək lazımdı. Hamı sona qədər vuruşdu. Slovakiya matçından sonra çətin idi. Lakin uşaqlar bacardı və qalib gəldik.

- Qrupda artıq dörd oyun keçirib milli. Geridə qalan 4 matçın hansı daha çətin alındı?

- Slovakiyaya qarşı ilk 20 dəqiqəni qeyd edə bilərəm. Amma həmin oyunda da sonrakı dəqiqələrdə yaxşı oynamışdıq. Təəssüflər olsun ki, matçın sonlarında sanki "yatdıq" və Slovakiya da yaradılan şanslardan istifadə etdi.

- Bu qələbə ilə millimizin problemləri geridə qalacaq?

- Belə olacağına inanıram. Çünki, futbolda heç nə elə-belə olmur. Qalib gəlsək də, rahatlaşmamalıyıq. Davam etməliyik. Qrupun əvvəlki oyunlarında da yaxşı idik. Sizə görə nəticə əhəmiyyətli ola bilər, ancaq biz kompleks yanaşırıq məsələyə.

- Maksim Medvedev və Kamran Ağayev məşqçilər korpusunda dayandıqdan sonra milli daha yaxşı oynadı. Gələcəkdə də bundan yararlanmağı planlaşdırırsınız?
- Mən Maksimə deyirdim, o da futbolçulara çatdırırdı fikirlərimi. O, komandanın kapitanıdı, təcrübəlidi. Gələcəkdə məşqçi kimi çalışa bilər. Sadəcə məşqçilik pis və ağır işdi. Heç bilmirəm o özü bunu istəyər ya, yox. Kollektiv kimi vuruşurduq. 

- Bu oyun da daxil olmaqla son üç görüşdə heyəti dəyişməməyiniz digər futbolçulara güvənməməyinizlə bağlı idi?

- Bir oyun üçün 4 gün vaxtımız olur. Klubda isə vaxt çoxdu. Amma millidə belə deyil. Komandamızın inkişafı üçün bir yerdə oynamaları əsas məsələdi. Futbolçular yorğun ola bilərdilər, amma biz bu cür olmasına qərar verdik.

- Komanda 4 oyuna 4 xal qazana bilib. Sizcə, milli daha artığına layiq idi?

- Daha çox xal toplaya bilərdik. Qazaxıstana məğlub olmağımız pis oldu. Halbuki yaxşı oynamışdıq. Belarusa da Serbiyada qalib gəlmək olardı. Yolumuza davam etməliyik.

- Belarusla matçda 4-lü müdafiə sisteminə keçdikdən sonra komanda qol vurmağı bacardı...

- İlk hissədə müdafiə olunaraq rəqibi yormaq istəyirdik. Düzdü, bundan çox da razı qalmadım. Fasilədən sonra isə düzülüşü dəyişdik. Sonradan meydana daxil olanlar fiziki baxımdan daha diri idilər. Bunun özü də təsirini göstərdi.

- Mahir Emreli sizin rəhbərliyiniz altında Azərbaycan millisində ilk qolunu vurmağı bacardı...

- Əslində, vurduğu qoldan çox onun qaçıb topu necə götürməsi xoşuma gəldi. Bütün futbolçular komanda üçün oynamalıdı. Mahirin bu istəyi pozitiv oldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right