"Azərbaycana qarşı aqressiv oynamalı olacağıq" - Belarus millisinin üzvü

Azərbaycan və Qazaxıstan yığmalarının fərqi ondan ibarətdir ki, azərbaycanlılar daha çox topla oynamağa çalışır. Onların cəld, sürətli və texnikalı oyunçuları var".

Newsport.az xəbər verir ki, bu sözləri Belarus millisinin üzvü Roman Bequnov Millətlər Liqasının 4-cü turunda bu gün Azərbaycan millisi ilə keçiriləcək oyun haqda danışarkən deyib.

Belarus Futbol Federasiyasının mətbuat xidmətinə açıqlama verən müdafiəçi yığmamıza qarşı aqresiv oynamaq lazım olduğunu bildiriv: "Qazaxıstanla oyunda qol epizodlarımız var idi, sadəcə ikinci qolumuz çatışmadı. Qapıçı bizi kritik anlarda xilas etdi. Təəssüf ki, hələ də bəxtimiz və bacarığımız çatışmır. Azərbaycana qarşı daha kompakt və aqressiv oynamalı olacağıq. Onlara boş zona çox verməməliyik. Təbii ki, daha sürətli olmalıyıq".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right