U-21 millimiz Finlandiyaya böyük hesabla uduzdu Yenilənib

Bu gün U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub və 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki,  Azərbaycan yığması hazırda 7 xalla 5-ci pillədə qərarlaşıb. Qrupa 19 xalla Xorvatiya başçılıq edir. Finlandiya 19 xalla 2-ci, Norveç 18 xalla 3-cü, Avstriya 16 xalla 4-cüdür. Estoniya isə 0 xalla sonuncu - 6-cı yerdədir.

Əlavə edək ki, yığmamız növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.

7 iyun

 

Avro-2023, seçmə mərhələ

Finlandiya - Azərbaycan - 3:0 
Qollar: 
Skottya 50, Antmann 55, Sadiku 79

Reallaşdırılmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)

Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller
(hamısı Lüksemburq)

"Helsinki Football Stadium"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right