Azərbaycanlı futbolçu danışıqlar üçün Türkiyəyə yollandı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyəyə yollanıb.

Newsport.az saytına verilən məlumata görə, "Ankara Keçiörengücü"ndən müqaviləsi başa çatmamışdan qabaq ayrılaraq vətənə qayıdan və mövsüm sonuna qədər “Sumqayıt”ın düşərgəsində məşq edən İsgəndərli yeni sezona Türkiyə 1-ci liqasında başlaya bilər.

Mənbənin iddiasına görə, yarımmüdafiəçi 1-ci liqa klublarından biri ilə canlı danışıqlar aparmaq üçün Türkiyəyə yollanıb. Bir müddət əvvəl “Sakaryaspor”un Vüsalı transfer etmək istəməsini xəbər vermişdik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right