Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, “Astana Arena”da keçirilmiş Qazaxıstan - Azərbaycan qarşılaşması 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimiz qrup mərhələsində növbəti oyununu iyunun 6-da Serbiyanın Novi Sad şəhərində Belarus komandasına qarşı keçirəcək.
Qazaxıstan - Azərbaycan 2:0
Qollar: Abat Aimbetov, 50, 57