Belarus - Azərbaycan oyununun hakimləri açıqlanıb

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda keçiriləcək Belarus - Azərbaycan oyununun təyinatları açıqlanıb.

Newsport.az-in məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Qeyd edək ki, mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Azərbaycan yığması bu gün Qazaxıstanın qonağı olacaq, Belarus seçməsi isə Slovakiya kollektivini qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right