Bu gün Azərbaycan yığması Millətlər Liqasında ilk oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, C Liqasını 3-cü qrupunda mübarizə aparan komandamız səfərdə Qazaxıstanla qarşılaşacaq. "Astana Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda Azərbaycan və Qazaxıstanla yanaşı Belarus və Slovakiya da mübarizə aparacaq. Belarus ilk turda bu gün saat 22:45-də Slovakiya ilə üz-üzə gələcək.
Millətlər Liqası
3 iyun
18:00. Qazaxıstan - Azərbaycan - 2:0
Qol: Aimbetov, 50, 61
Hakimlər: İştvan Vad, Vencel Tot, İstvan Albert, Ferens Karako
"Astana Arena" stadionu.