Qazaxıstan - Azərbaycan: Mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlandı

UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 3-də Astana Arenada keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Mətbuat konfransları və mətbuat üçün açıq məşqlər oyundan bir gün öncə, yəni sabah - 2 iyunda baş tutacaq.
 
Azərbaycan milli komandası
 
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qazaxıstan milli komandası
 
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qeyd edək ki, tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right