“Zirə” PFK Ağabala Ramazanovla yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Zirə” PFK göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Ağabala Ramazanov 2020-ci ildən “Zirə”də çıxış edirdi.
Təcrübəli forvardın “Səbail”ə keçməsi gözlənilir. O, qardaşı Zaur Ramazanovun hazırda məşqçi kimi çalışdığı “dənizçilər”lə anlaşıb. Futbolçu 2018/2019 mövsümündə də “Səbail”in formasını geyinib.